PARTNERS & BUSINESS-BAKU 2020" sərgisi
Bakı İdman Sarayında 20-22 fevral tarixlərində iştirak etdiyimiz "PARTNERS & BUSINESS-BAKU 2020" sərgisindən foto və video hesabatı
"DOST" mərkəzi
"DOST" mərkəzləri dövlət sosial xidmətlərinin geniş bir hissəsinin (əmək və məşğulluq, sosial təminat növləri, əlillik, pensiya, sosial sığorta və s. üzrə xidmətlər) "bir pəncərə"dən operativ, sadələşdirilmiş prosedurlarla, şəffaf və sadələşdirilmiş proedurlarla, vətəndaş rahatlığı prinsipi əsasında təqdim olunması məqsədilə yaradılıb.
iTech Group Şirkətinin böyük layihələrdən biri olan "DOST" layihəsində ∙ Daxili server və şəbəkə avadanlıqlarının qurulması
∙ Passiv şəbəkə infrastrukturunun yaradılması
∙ Analitik video müşahidə kameralarının quraşdırılması
∙ Video müşahidə mərkəzinin qurulması ∙ İnformasiya təhlükəsizliyinin təmin olunması
∙ Üz tanıma və nəzarət sisteminin quraşdırılması ∙ Girişə nəzarət sisteminin X-RAY avadanlığının quraşdırılması
∙ Çağrı Mərkəzi, İP telefon və İP DECT telefon sisteminin qurulması
∙ Mərkəzi UPS sisteminin quraşdırılması
∙ Mərkəzi anons və səsləndirmə sisteminin quraşdırılması kimi işlər görülüb
Martın 1-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Martın 1-də "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binanın açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.
Yeni inzibati bina ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, müasir texnoloji sistemlərlə təchiz olunmuş binada beynəlxalq tələblərə cavab verən lokal informasiya texnologiyaları infrastrukturu, videokonfrans və rabitə sistemləri yaradılıb.
Binanın inşası zamanı həm eksteryerdə, həm də interyerdə dənizçilik rəmzlərindən geniş istifadə olunub. Binanın bütün otaqlarında səmərəli fəaliyyət üçün hər cür şərait yaradılıb.

iTech Group şirkəti tərəfindən "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti üçün inşa olunan yeni inzibati binada görülən işlər:

- Təhlükəsizlik kameraları üçün idarəetmə və müşahidə mərkəzinin qurulması.
- Konfrans otaqlarında:
· video konfrans sisteminin quraşdırılması;
· səsləndirilmə avadanlıqlarının quraşdırılması;
· masaüstü mikrofonların quraşdırılması;
· konfransların planşet vasitəsi ilə idarə edilməsi;
- Akt zalında:
· səsləndirmə avadanlıqlarının quraşdırılması;
· səhnə işığı avadanlıqlarının quraşdırılması;
· sinxron tərcümə sisteminin qurulması;
· led ekran quraşdırılması və digər sistemlərlə inteqrasiyası;
· interaktiv tribunanın quraşdırılması;
· zalın idarəetmə mərkəzinin qurulması;
- Muzeydə:
· fon musiqi sisteminin quraşdırılması;
· yönləndirilmiş dinamiklərin quraşdırılması;
· touchscreen monitorların quraşdırılması;
· planşet vasitəsi ilə muzeyin idarə olunması;
- Server, şəbəkə infrastrukturun layihələndirilməsi, inteqrasiyası və monitorinqinin təmin olunması.
- IP telefoniya sisteminin layihələndirilməsi və inteqrasiyası.
- Seminar otağında proyektor və səsləndirmə sisteminin qurulması.
- Keçidə nəzarət sisteminin layihələndirilməsi və inteqrasiyası.

Prezident İlham Əliyev aprelin 20-də Bakıda "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında iştirak edib.

iTech Group şirkəti Azərenerji layihəsində bir çox böyük və vacib işlər görmüşdür;
- Daxili server və şəbəkə avadalıqlarının qurulması
- Şəbəkə infrastrukturunun yaradılması, video müşahidə sistemi üçün infrastrukturunun qurulması
- İnformasiya təhlükəsizliyinin təmin olunması
- Keçidə nəzarət üçün turniketlərin və nəzarət sistemlərin quraşdırılması
- İP ATS sisteminin qurulması
- Çağrı mərkəzinin qurulması
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan
Click to order
Total: 
Adınız
Telefon nömrəniz


Foto və video materiallar iTech Group-a məxsusdur.
iTech Group 2021