15-16 oktyabr tarixlərində iTech Group-un CEO-su İlqar Əzizov və Satış şöbəsinin direktoru Cabar Məmmədzadə Barselonada Snom Technology GmbH şirkətinin bütün dünya üzrə distributorları üçün təşkil etdiyi VİP tədbirində iştirak etmişdirlər.
Bu tədbirdə fikir mübadiləsi aparılmış, məhsulların təqdimatı və Snom üzrə yeni texnoloji həllər təklif edilmişdir. Bu məlumatları partnyorlarımız ilə bölüşməyi səbirsizliklə gözləyirik.
Qeyd etmək istərdik ki, 2015-ci ildən etibarək Snom brendinin Azərbaycanda rəsmi disrtubutoru iTech Group Şirkətidir.
Bütün Snom komandasına belə eksklüziv və məhsuldar tədbirə dəvət etdiklərinə görə təşəkkür edirik.