Keyfiyyətli və doğru sistem inteqrasiyası rahatlıq, vaxta və pula qənaət, performansın, effektivliyin və gəlirin artması deməkdir
Sistem inteqrasiyası
İstənilən müəssisədə İT infrastrukturla bağlı əsas istiqamət, daxili və xarici biznes-əməliyyatlarını avtomatlaşdırmaq, məlumatların və İT resursların təhlükəsizliyini təmin etmək və vahid platforma üzərindən idarəetməni təmin etməkdir. Keyfiyyətli və doğru sistem inteqrasiyası rahatlıq, vaxta və pula qənaət, performansın, effektivliyin və gəlirin artması deməkdir. iTech Group şirkətinin sistem inteqrasiyası istiqamətində təklif etdiyi innovativ həllər fərdi yanaşma və İT sahəsində ən müasir texnologiyaları ehtiva edir. Bizim aparıcı mütəxəssislərimiz hər bir müəssisənin imkanlarını ətraflı təhlil etdikdən sonra ən optimal təklifləri təqdim edir. Bu təkliflər köhnə effektiv infrastruktur imkanlarını yeniləri ilə birgə istifadə etməyə imkan verir.
Bütün elektron sistemlərin etibarlı və kəsintisiz çalışması üçün peşəkar və təcrübəli mütəxəssislərimiz tərəfindən kompleks həllər hazırlanır. Bu həllər struktur kabelləşmə mərhələsindən başlayaraq, avtomatlaşdırılmış proqram həlləri və onların dayanıqlığının və təhlükəsizliyinin təmin olunması ilə açar-təhvil sxemi ilə həyata keçirilir.