Bina və tikililərin mühafizəsi
Müasir biznes sahibi hər addımda təhlükəsizlik təhdidləri ilə üzləşir. Bir çox şirkət kibertəhlükələrin qarşısını almağa diqqət yetirdiyi üçün fiziki təhdidlərə məhəl qoyula bilməz. Böyük və ya kiçik hər hansı bir pozulma maliyyə itkilərindən tutmuş reputasiyanın zədələnməsinə və işçilərinizin ofisdə özlərini güvənsiz hiss etməsinə qədər biznesinizə təsir edir. Kiçik bizneslər üçün belə, düzgün fiziki təhlükəsizlik tədbirlərinə sahib olmaq biznesinizi və məlumatlarınızı təhlükəsiz saxlamaq üçün kritik ola bilər.

Fiziki təhlükəsizlik tədbirləri binaları və avadanlıqları qorumaq üçün nəzərdə tutulmuşdur. Onlar arzuolunmaz şəxslərin binaya daxil olmasının qarşısını alır və səlahiyyətli şəxslərə girişi təmin edir. Fiziki təhlükəsizlik planları olmadan ofisiniz və ya binanız oğurluq, vandalizm, fırıldaqçılıq və hətta qəzalara belə açıq qalır. Kompleks təhlükəsizlik planı texnologiya və xüsusi avadanlıqları özündə birləşdirir və müdaxiləyə qarşı tədbirləri əhatə etməlidir. Ən ağıllı təhlükəsizlik strategiyaları kibertəhlükəsizlik siyasətlərinə əlavə olaraq fiziki təhlükəsizlik tədbirləri əlavə edərək, çoxsəviyyəli bir yanaşma tətbiq edir. Bu, təşkilatınızı böyük təhlükələrdən qorumaq üçün güclü fiziki təhlükəsizlik komponentləri ilə tam sistem qurmaq deməkdir.

iTech Group müəssisə işçilərinin, eləcə də yaşayış komplekslərinin sakinlərinin həyatını və əmlakını qoruyacaq geniş çeşidli texniki həllər təklif edir. Yüksək ixtisaslı və təcrübəli mütəxəssislərimiz ciddi şəkildə razılaşdırılmış vaxtda istənilən mürəkkəblikdə olan avadanlıqları quraşdıracaq, həm də sistemdən istifadə üçün ətraflı təlimat verəcəklər. Müştərinin istəyi ilə bu sistemlər fiber-optik, mis və ya simsiz şəbəkələr üzərində qurulur və açar təhvil verilir. Biz aşağıdakı kompleks xidmətləri təqdim edirik:

Təhlükəsizlik həlləri. Binaların, idarələrin və digər obyektlərin perimetri ətrafında daxili və xarici siqnalizasiya sistemləri, oğurluqdan və müdaxilədən mühafizə sistemləri, yanğın və daşqından mühafizə sistemləri, mühafizə xəbərdarlığı sistemləri, tənzimləyici və qəbuledici qurğular və s.;
Video nəzarət sistemləri. HD təhlükəsizlik kameraları, termal və infraqırmızı kameralar, zoom kameraları, yüksək dəqiqlikli aşağı bant genişliyi olan təhlükəsizlik kameraları, IP kameralar, üz aşkarlama kameraları, smart kameralar, gizli və açıq müşahidə kameraları, hərəkətə həssas kameralar. Biz həmçinin video yazıların saxlanması və arxivləşdirilməsi üçün proqram təminatı, rahat şəkil çəkmək, müasir formatları dəstəkləyən və 24/7 rejimində işləyən videoregistratorlar və s. təklif edirik;
Giriş və çıxışa nəzarət sistemləri. Elektron qıfıllar, turniketlər, biometrik qıfıllar, sərnişinlərin qeydiyyatı aparatları, təmassız turniketlər, sayğaclar, avtonəqliyyat vasitələrinin giriş-çıxışı üçün avadanlıqlar, ödəniş cihazları, qapı və darvazaların məsafədən idarə olunması üçün avadanlıqlar. Buraya həmçinin bütün bu sistemlər üçün proqram təminatının quraşdırılması və inteqrasiyası daxildir;
Operativ aşkarlama və nəzarət üçün analitik sistemlər. Video nəzarət həllərinin analitik proqram həlləri ilə inteqrasiyası, hadisələrin daha sürətli aşkarlanması və analitik tarixçənin qurulması.
Anviz
Keçidə və davamiyyətə nəzarət sistmeləri
Anviz şirkəti biometrik və təmassız identifikasiya (eyniləşdirmə) texnologiyaları sahəsində dünya lideridir.

Şirkətin, brendin inkişafı, marketinq və məhsulun texniki dəstəyi ilə məşğul olan əsas ofisi Mayamidə (Florida ştatı, ABŞ) mənzillənir.

Bundan əlavə, Anviz ofis və nümayəndəlikləri bir sıra ölkələrdə, bilavasitə istehsal və R&D mərkəzləri isə Çində yerləşir.
CrossChex
Girişə nəzarət və iş vaxtının hesablanması üçün bulud həlli olan CrossChex Cloud, Anviz avadanlığı istifadəçilərini əlavə olaraq girişə nəzarət və iş vaxtının hesablanması sistemləri üçün idarəetmə proqramlarını server və iş stansiyalarına quraşdırmaq ehtiyacından azad edir. Artıq bu yük bulud serverlərinin üzərinə düşür. Bu da məlumatların istənilən nöqtədən əlçatımlılığını təmin edir. Sadə web-interfeys sayəsində müvafiq şöbələrin əməkdaşları məlumatları əlavə edə, dəyişə və ya poza, hadisələr jurnalını real zaman rejimində izləyə, habelə heyətin iş vaxtı ilə bağlı hesabatlar yarada bilərlər. Süni intellekt üzərində qurulan Anviz AIM CrossChex sistemi isə bir sıra müəssisələrdə SAP və 1С həlləri ilə uyğunlaşır. Üstəlik iTech Group-un developerləri qısa müddət ərzində bu sistemlərdə istənilən hesabatın çıxarılması üçün nəzərdə tutulan proqram təminatı yaratmağa qadirdirlər. Bu da əməkdaşların idarəedilməsini avtomatlaşdırmağa, əmək xərclərini azaltmağa və heyətin səmərəli idarəedilməsi sayəsində əməkhaqqıların ödənilməsi fondunu optimallaşdırmağa imkan verir.
Biometriya - insanları bir və ya bir neçə fiziki və ya davranış xüsusiyyətləri üzərindən tanıyan olduqca geniş anlayışdır. Bura üz, səs, imza, göz, barmaq izi, ovucun quruluşu, əlin damar təsviri, individual çap ritmi, iy və s. göstəricilərlə tanıma daxildir. Lakin dərin düşünsək, adi qurğularda, məsələn, fotolarda əks olunan istənilən biometriyanı etibarsızlaşdırmaq mümkündür. Buna görə də Anviz öyrəşdiyimiz texnologiyalar üçün əlçatmaz olan həllərin eyniləşdirmə üsulları üzərində fokuslanıb. Şirkət, dinamik dəyişən biometrik əlamətlərin eyniləşdirilməsi üsullarını yaradır. Məsələn, Anviz portfoliosunda canlı üzü foto və hətta videodan fərqləndirməyə qadir süni intellekt əsaslı özüöyrənən həllər yer alıb. Dərinlik analizi iki kamera vasitəsiylə reallaşdırılan videoaxın sayəsində baş verir. Düzülən dərinlik kartları isə üz əvəzinə foto və ya smartfon ekranının təqdim edilməsi kimi hücumları əks etdirməyə qadirdir. Bundan əlavə, Anvizin biometrik girişə nəzarət sistem alqoritmləri saç düzümünü dəyişəm, maska və ya eynək taxam insanı rahatlıqla eyniləşdirir.
Şirkətin fərdi işləməsi - inteqrasiya olunmuş Bionano alqoritmi multibiometrik tanıma üzərində qurulub. O, barmaq izi, üz və göz tanıma, habelə bir neçə ssenarili çoxfunksiyalı tətbiqləri əhatə edir. Məsələn, Bionano unikal şifrələmə və kodlama texnologiyasını istifadə edir. Texnologiya saxta barmaq izlərini tanıyır və yüksək təhlükəsizlik səviyyəsi olan tətbiq ssenariləri üçün canlı barmaqları ayırd etməyi bacarır. Sistem barmağın quru və ya nəm olduğunu ayırd edir, onun üzərində mikroçatların olub olmadığını görür və pozulmuş iz xətlərini avtomatik bərpa edir. Anviz şirkəti dünyada ilk olaraq saxta barmaq izlərinin seçilməsi üçün süni intellekt alqoritmini yaradıb.
Bionano alqoritminə inteqrasiya olunan AI Fake Fingerprint Detection texnologiyası daimi öyrənmə sayəsində Anviz-in biometrik terminalları 0,5 saniyə ərzində saxta barmaq izini ayırd edərək, onu bloklamağa imkan verir, eyni zamanda müvafiq təhlükəsizlik xidmətlərini aşkarlanmış pozuntu haqqında məlumatlandırır. Əlavə olaraq Bionano alqoritmi yanlış üztanıma ehtimalını milyondan bir dəfəyə endirir. Halbuki, digər sistemlər 99% düzgün tanıma zəmanət verir. Bionano alqoritmləri gözün qüzehli qışasına aid unikal göstərici bazası üzərində identifikasiya sistemlərinə də inteqrasiya edilib. İstənilən halda, bu gün Anviz süni intellekt üzərində yaradılan çoxfaktorlu eyniləşdirmə vasitələrinə əsaslanır. Bu da səhvləri demək olar ki, sıfıra endirməyə imkan verir.
Əlaqə
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan


Foto və video materiallar iTech Group-a məxsusdur.

iTech Group 2024