Açıq dövlət və kommersiya müsabiqələrinin, tenderlərin, elektron hərracların elan edilməsi üçün ixtisaslaşmış saytların monitorinqi, tender prosesinin təşkili və dəstəklənməsi eləcə də müqavilələrin bağlanmasına nəzarətin edilməsi;
Tender sənədlərinin tələblərinin öyrənilməsi və müvafiq orqanlardan sənədlərin tələb edilməsini təmin etmək;
Tender və layihələr üçün avadanlıqların alınması/çatdırılmasının monitorinqi və nəzarətin təmin edilməsi;
Tender və kotirovkaların təşkilatçıları ilə danışıqlar və yazışmaların icra edilməsi;
Şöbənin təşkilati işlərini yerinə yetirmək, struktur bölmələrdən şöbənin funksiyalarına dair sənədləri toplamaq, hər hansı çatışmazlıq barəsində şöbə müdirinə məlumat vermək;
Şöbənin funksiyalarının həyata keçirilməsi ilə bağlı təqdimat, akt, protokol və digər sənədlərin hazırlanmasında iştirak etmək;
Müəyyən edilmiş tələb olunan hesabatların vaxtında təmin edilməsi;
Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
Ali bakalavr təhsili;
Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi olan namizədlər ;
etender.gov.az Vahid İnternet Portalından istifadə edə bilməlidir (öyrədilə bilər);
Azərbaycan Respublikasının 8 dekabr 2023-cü il tarixli 1051-VIQ nömrəli qanunu ilə təsdiq edilmiş Rəqabət Məcəlləsini bilməsi üstünlükdür;
Satınalma proseslərini və ümumi prinsipləri anlamaq;
Azərbaycan və rus dillərini səlis bilməli;
Azərbaycan dilində sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
Ünsiyyətcil və danışıq qabiliyyəti yüksək olmalı;
MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
Komanda mühitində işləmək bacarığı.
Əlavə məlumat:
İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
Vakansiya növü: Tam ştat
Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Layihənin həcmini və məqsədlərini müəyyənləşdirmək, bütün müvafiq maraqlı tərəflərlə uyğunlaşdırmaq və texniki cəhətdən mümkünlüyünü təmin etmək;
Layihəqabağı işlərin təşkil edilməsi, layihələndirmə tapşırığının hazırlanması, müqavilələrin bağlanması üçün sənədlərin hazırlanması, işlərin tam şəkildə planlaşdırılması və təqvim planlarının tərtibi, yerinə yetirilən işlərin dəyəri, həcmi və keyfiyyətinə nəzarət etmək;
Layihə məqsədinə çatmaqda müsbət və ya mənfi təsir göstərə bilən risk hadisələrini və onların xüsusiyyətlərini müəyyənləşdirmək və aradan qaldırmaq;
Layihələri başlanğıcdan tamamlanmaya qədər idarə etmək, büdcə, vaxt qrafiki, əhatə dairəsi və keyfiyyət standartlarına riayət edilməsini, eləcə də müştəri tələblərinin yerinə yetirilməsini təmin etmək;
Layihənin gedişatını davamlı izləmək və əsas mərhələlər və nəticələr haqqında ətraflı hesabatlar hazırlamaq;
Görüşlərdə qəbul edilmiş əsas qərarları və fəaliyyət maddələrini sənədləşdirmək və izləmək, hesabatlılığı təmin etmək;
Layihə risklərini və problemlərini qiymətləndirmək, vaxtında və effektiv həllər təklif etmək;
Bütün maraqlı tərəflərlə proaktiv ünsiyyət qurmaq, çətinlikləri müəyyənləşdirmək və səmərəliliyi artırmaq üçün tədbirlər görmək;
Sənaye standartlarına, Cəmiyyətin siyasətinə və normativ tələblərə uyğunluğu təmin etmək;
Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
Mühəndislik, kompüter elmləri və ya əlaqədar sahə üzrə bakalavr dərəcəsi;
İT, Texnologiya və ya infrastruktur layihələrində, o cümlədən müştərilərlə birbaşa iş təcrübəsi daxil olmaqla, ən azı 3 illik layihə idarəetmə təcrübəsi;
Böyük miqyaslı infrastruktur və ya İT modernizasiya layihələrinin idarə olunması təcrübəsi;
Dövlət müqavilələri və normativ mühitlə tanışlıq;
Çoxfunksiyalı komandaları əlaqələndirmək və eyni anda bir neçə layihəni idarə etmək bacarığı;
Güclü liderlik, təşkilati və komanda idarəetmə bacarığı;
Problem həll etmə qabiliyyəti və strateji düşünmə bacarığı;
Güclü maraqlı tərəflərlə iş və danışıqlar aparma bacarığı;
Azərbaycan və rus dillərində səlis danışıq bacarığı (ingilis dili biliyi üstünlükdür);
Microsoft tətbiqlərində, o cümlədən MS Office və MS Project proqramları ilə işləmə bacarığı;
Komanda mühitində işləmək bacarığı.
Əlavə məlumat:
İş vaxtı:Həftədə 5 gün 09:00-dan 18:00-dək;
İstirahət günləri: Şənbə və bazar günləri (AR Əmək Məcəlləsi üzrə bayram və qeyri -iş günləri )
Vakansiya növü : Tam ştat
Əməkhaqqı: Namizədin bilik və bacarığına uyğun olaraq
Təminatlar:
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə;
Satış əməliyyatları üzrə baş mütəxəssis (korporativ)
Vəzifə öhdəlikləri:
İşin prioritetini və ardıcıllığını müəyyənləşdirmək və iş vaxtını səmərəli şəkildə bölüşdürmək;
İş vaxtının bölüşdürülməsində köməklik etmək;
Tərəfdaşları, müştəriləri, ziyarətçiləri, şöbə rəhbərlərini və işçilərini planlaşdırılan tədbirlər və planlar haqqında məlumatlandırmağın ən optimal yollarını seçmək;
Rəhbərlik və qarşı tərəf arasında görüşlər təşkil etmək;
Rəhbərlik olmadığı müddətdə şöbəyə həvalə edilmiş işin yerinə yetirilməsini təmin etmək;
Təşkilat daxilində ünsiyyət üçün müəyyən edilmiş qayda və prosedurlardan istifadə etmək;
Təşkilatın və liderin müsbət imicini yaratmaq və saxlamaq;
Məlumat məxfiliyi təmin etmək, məxfi məlumatı məxfi saxlamaq;
İnformasiya ilə işləmək, təhlil etmək və sistemləşdirilmiş formada təqdim etmək;
Sürətli yazı və qeyd bacarıqlarını tətbiq etmək;
İnformasiya təminatının dolğunluq, etibarlılıq və operativlik meyarlarına uyğun olaraq məlumat mənbələrini təhlil etmək və seçmək;
Müəyyən edilmiş tələblərə uyğun olaraq məlumatları toplamaq, emal etmək və təhlil etmək;
Mövcud verilənlər bazalarında məlumatların axtarışı, axtarış xüsusiyyətlərinin müxtəlif kombinasiyası əsasında məlumat və arayış işlərinin aparılması;
İnformasiya ehtiyatlarından istifadə etmək və məlumatları müəyyən edilmiş meyarlara uyğun sistemləşdirmək;
Daxil olan məlumatlar və qiymət təhlili əsasında kommersiya təklifləri tərtib etmək;
Vəzifəsi üzrə rəhbərlik tərəfindən verilən digər tapşırıqların yerinə yetirilməsi;
Materialın məntiqi ardıcıllıqla təqdim edilməsi;
Azərbaycan dilində sənədlərin mətnini redaktə etmək;
Həftəlik və aylıq hesabatların rəhbərliyə təqdim edilməsi;
Məhsul və xidmətlər haqqında prezentasiyaların hazırlanması;
Korporativ müştərilərlə əlaqələrin qurulması və saxlanılması;
Müştəri sifarişlərinin qəbul edilməsi, işlənməsi və izlənməsi;
Satış əməliyyatlarının gündəlik idarə edilməsi və optimallaşdırılması;
Korporativ müştərilər üçün məhsul və xidmətlərin təqdimatı;
Müştəri məmnuniyyətinin təmin edilməsi üçün əməliyyatların təkmilləşdirilməsi;
Satış məlumatlarının analiz edilməsi, hesabatların hazırlanması və təqdim edilməsi;
İclasların və konfrans tədbirlərinin protokollarını tərtib etmək, iştirakçıların siyahısını, gündəliyi, iştirak vərəqələrini və yekun sənədlərin layihələrini hazırlamaq, məlumat, sənəd və materialları konfrans tədbirinin iştirakçılarına ötürmək.
Namizədə dair arzu olunan bilik və bacarıqlar:
Ali təhsil (biznes, menecment, və s. oxşar sahələr üzrə);
Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı (İT sahəsi);
Microsoft Office proqramları (Word, Excel, PowerPoint, Outlook və s.) ilə işləmə bacarığı;
Azərbaycan və rus dillərində sərbəst səviyyədə danışmaq, oxumaq və yazmaq bacarığı (ingilis dili arzuolunandır);
1 C və CRM proqram təminatlarında işləmə bacarığı;
Komandada işləmək, işgüzar danışıqlar və yazışmaları aparmaq bacarığı;
Analitik düşüncə və yüksək ünsiyyət qabiliyyəti;
Öz fəaliyyətini nümayiş etdirmək, sahəsi üzrə yeni biliklər öyrənmək istəyi və bacarığı.
Bilməlidir:
Cəmiyyət və Dövlət qurumları ilə korporativ satış istiqamətində əlaqələrin qurulması;
Korporativ yazışmalar və korporativ etiket qaydaları;