HSE Policy
iTech Group bütün işçilər, podratçılar və şirkətə gələn qonaqlar üçün sağlam və təhlükəsiz iş yeri təmin etməklə, bütün biznes fəaliyyətlərində sıfır zərər və davamlı davranışa sadiqdir. Biz işçilərimizlə birlikdə onların sağlamlığının və təhlükəsizliyinin daima qayğısına qalmaq üçün çalışırıq. Əməyin mühafizəsi və təhlükəsizliyinin yüksək səviyyəsinə nail olmaq üçün şirkət bütün öhdəliklərinin yerinə yetirilməsini təmin edir və aşağıdakı prinsipləri fəal şəkildə həyata keçirir:

• sağlamlıq və təhlükəsizliyin təmin edilməsi şirkətin idarə heyətinin hər bir iclasının gündəliyində korporativ idarəetmə məsələlərindən sonra birinci məsələdir;
• bütün qərarlarda sağlamlıq və təhlükəsizlik məsələləri nəzərə alınır;
• bütün səviyyələrdə olan işçilər sağlamlıq və təhlükəsizlik siyasətinə cavab verən mühitdə öz vəzifələrini yerinə yetirmək üçün lazımi resurslar və avadanlıqla təmin olunurlar;
• əməyin mühafizəsi sahəsində qüvvədə olan qanun və qaydalara əməl olunmasının təmin edilməsi;
• podratçılarla iş zamanı sağlamlıq və təhlükəsizlik risklərinin idarə edilməsi yanaşmasının tətbiqi;
• insanları, ətraf mühiti və əmlakı qorumaq üçün fövqəladə hallar, yanğından mühafizə sistemlərinin və vasitələrinin, habelə təhlükəsizlik texnikasının lazımi vəziyyətdə saxlanılması.

İş yerinin sağlamlığı və təhlükəsizliyi bizim əsas prioritetimiz olaraq qalacaq və biz bütün işçilərin, menecerlərin, nəzarətçilərin və podratçıların bu prosesdə fəal iştirak etmələri üçün şərait yaradırıq.

Əlaqə
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan
Email
sales@itechgroup.az


Foto və video materiallar iTech Group-a məxsusdur.

iTech Group 2024