Biznesimizin uğurunun müştəri məmnuniyyətindən asılı olduğunu dərk edərək, biz daim onların cari və gələcək ehtiyaclarını tam başa düşməyə, tələblərinə cavab verməyə və gözləntilərini aşmağa çalışırıq. Bu yolla biz müştərilərimizə texnoloji potensialı biznes dəyərinə çevirərək biznes imkanlarından istifadə etməyə kömək edirik. Müştərilər və təchizatçılarla qarşılıqlı anlaşma əsasında fəal şəkildə inam və konstruktiv əlaqələr qurmaqla biz biliyə, səriştə və sənaye standartlarına, eləcə də texnologiyaya obyektiv baxışa arxalanırıq. Biznes proseslərimizin məntiqi müştəri tələblərinin yerinə yetirilməsinə və onların məmnunluğunun təmin edilməsinə yönəlib.
Vaxtında təlim və işçilərə davamlı qayğı müştəri məmnuniyyətinin əsaslandığı səriştəni yaradır və saxlayır. Daimi müstəqil auditlər iTech Group-a keyfiyyət idarəetmə sistemimizin effektivliyini və səmərəliliyini qiymətləndirməyə kömək edir. Şirkətimizdə keyfiyyət idarəetmə sistemi beynəlxalq standartların(standartların sadalanması) prinsip və tələblərinə uyğun olaraq işlənib hazırlanmış, tətbiq edilmiş, saxlanılmış və təkmilləşdirilmişdir. Keyfiyyət idarəetmə sistemi, o cümlədən qəbul və təsdiq edilmiş siyasət müvafiq sənədlərlə birlikdə şirkətin daxili şəbəkəsində dərc olunur, bütün işçilər üçün əlçatandır. Buna görə də bütün əməkdaşlarımız müştərilərimizin tələblərini yerinə yetirmək zərurətini dərk edərək keyfiyyətin yüksəldilməsinə öz töhfələrini verirlər.
Keyfiyyət siyasətimizi işçilərimiz və müştərilərimizlə bölüşməkdən qürur duyuruq. Aparıcı və sadiq sistem inteqratoru kimi iTech Group öz müştərilərinə və tərəfdaşlarına qabaqcıl innovasiyalar və keyfiyyətli həllər təqdim etməyə çalışır. Diqqətimiz bütün müvafiq müştəri, şirkət və qanunda olan tələblərə cavab verməyə, həmçinin keyfiyyət idarəetmə sistemimizi daim təkmilləşdirmək öhdəliyimiz vasitəsilə bu missiyaya nail olunur.
Əlaqə
Telefon
+994 12 3101414 +994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E, Bakı, Azərbaycan
Email
sales@itechgroup.az
Foto və video materiallar iTech Group-a məxsusdur.