Tam inteqrasiya olunmuş sistem sizə toplantı və təqdimatların effektivliyini və təsirini artırmağa şərait yaradacaq
Konfrans və tədbirlər üçün həllər
iTech Group daha effektiv və səmərəli ünsiyyətin qurulması üçün rəhbərliyin iclas zalı, konfrans zalları, sinxron tərcümə zalları, tədris auditoriyaları və toplantı otaqları, idman və konsert zalları üçün audio/vizual/nəzarət həllərinin tərtib edilməsində və quraşdırılmasında zəngin təcrübəyə malikdir. Bizim toplantı və iclas zalları üçün təklif etdiyimiz həllər müxtəlif ekran sistemləri (LCD, plazma ekranlar, proyektorlar, interaktiv lövhələr), video konfrans sistemləri, inteqrasiya edilmiş audio sistemi, zalda tam nəzarət sistemləri geniş imkanlar təmin edir. Tam inteqrasiya olunmuş sistem sizə toplantı və təqdimatların effektivliyini və təsirini artırmağa şərait yaradacaq.