Onların bəzi əsas imkanlarına aşağıdakılar daxildir::
Əsas imkanlar:
• Zərərli proqramlardan/ antiviruslardan qorunma: siqnaturlara əsasən zərərli proqramların aşkarlanması. Zərərli proqramların mexanizmləri yalnız icra edilə bilən faylları deyil, veb-saytlarda aşkar edilmiş zərərli JavaScript kodu kimi başqa kodları da yoxlaya bilməlidir.
• Proqram əlavələrinin bloklanması: başqa bir tətbiq quraşdıran və işə salan Microsoft Office sənədindən istifadə etmək kimi zərərli proqram əlavəsi davranışlarının qarşısının alınması.
• Davranış monitorinqi sistemləri/ müdaxilənin qarşısının alınması sistemləri (HIPS). Bu təməl texnologiya kompüterləri naməlum viruslardan və şübhəli davranışlardan qoruyur. Bu texnologiya özündə həm icra öncəsi davranışların, həm də icra zamanı davranışların təhlilini əks etdirməlidir.
• Veb-mühafizə: URL-ünvanların axtarılması və məlum zərərli veb-saytların bloklanması. Bloklanmış saytlar arasında kriptomayninq etmək üçün JavaScript işlədə bilənlər, həmçinin istifadəçi identifikasiyası üçün hesab girişi məlumatlarını və digər həssas məlumatları toplayan saytlar olmalıdır.
• Veb–nəzarət: yekun nöqtənin veb-filtrasiyası administratorlara istifadəçinin internetdən hansı növ faylları yükləyə biləcəyini müəyyən etməyə imkan verir.
Məlumat itkisinin qarşısının alınması (DLP): əgər təcavüzkar gizli qalmağa nail olarsa, DLP-nin imkanları təcavüzkarın eksfiltrləməyə (məlumatları xaricə çıxarmağa) çalışdığı bəzi hücumların son mərhələsini aşkarlaya və qarşısını ala bilər. Bu, müxtəlif növ məxfi məlumatların monitorinqi vasitəsilə həyata keçirilir.
Müasir imkanlar:
• Maşın tədrisi: Ətraflı öyrənməni təmin edən neyron şəbəkələri, Bayes metodu, klasterləşdirmə və s. daxil olmaqla bir neçə maşın tədrisi üsulu mövcuddur.
• Metodologiyadan asılı olmayaraq, siqnaturlara etibar etmədən həm məlum, həm də naməlum zərərli proqramları aşkar etmək üçün maşın tədrisi vasitəsilə zərərli proqram aşkarlama mexanizmləri yaradılmalıdır. Maşın tədrisinin üstünlüyü ondan ibarətdir ki, o, əvvəllər heç vaxt rast gəlinməmiş zərərli proqramları aşkar edə bilər ki, bu da ümumi zərərli proqram aşkarlama proseslərinin sürətini ideal şəkildə artırır. Müəssisələr aşkarlanma səviyyəsini, yanlış aşkarlama hallarını və maşın tədrisinə əsaslanan həllərin istehsalata təsirini düzgün qiymətləndirməlidirlər.
• Anti-exploit: İstismar - eksployt əleyhinə texnologiya, təcavüzkarların hücum zəncirində etibar etdikləri alət və metodların istifadəsinin qarşısını alaraq təcavüzkarların hücumlarından qorunmaq üçün hazırlanmışdır. Məsələn, EternalBlue və DoublePulsar kimi istismar proqramları NotPetya və Wannacry kimi soyğunçu proqramları işə salmaq üçün istifadə edilib. İstismardan qorunma texnologiyası zərərli proqram əlavələrini yaymaq və hücumlar həyata keçirmək üçün istifadə olunan nisbətən kiçik metodları dayandırır və əvvəllər heç kimin bilmədiyi bir çox gündəlik zərərli hücumları dəf edir.
• Soyğunçu proqramlara qarşı xüsusi işin aparılması: Bəzi həllər soyğunçu proqramlar tərəfindən zərərli məlumatların şifrələnməsinin qarşısını almaq üçün xüsusi olaraq hazırlanmış üsulları ehtiva edir. Tez-tez xüsusi soyğunçu proqram üsulları yoluxmuş faylları ötürməklə məşğul olur. Soyğunçu proqramlar üçün nəzərdə tutulan həllər yalnız faylların soyğunçu proqramlarını yox, həm də əsas yükləmə qeydini saxtalaşdıran və dağıdıcı hücumlarda istifadə olunan disklərin soyğunçu proqramlarını dayandırmağı bacarmalıdır.
• Hesab girişi məlumatlarının qorunması: audentifikasiya parollarının və keş məlumatlarının yaddaşdan, reyestrdən və sabit diskdən oğurlanmasının qarşısını almaq üçün hazırlanmış texnologiyadır.
• Prosesin qorunması (imtiyazların artırılması): təcavüzkarın aktiv hücumu çərçivəsində imtiyazları artırmaq üçün imtiyazlı identifikasiya markerinin prosesə
nə vaxt daxil edildiyini müəyyən etmək üçün yaradılmış mühafizədir. Bu, ilk növbədə identifikasiya tokenini oğurlamaq üçün bilinən və ya bilinməyən hansı nasazlıqdan istifadə edilməsindən asılı olmayaraq, təsirli üsul olmalıdır.
• Yekun nöqtənin aşkarlanması və cavab reaksiyası (EDR): EDR həlləri çətin təhdidlərin axtarılması, İT təhlükəsizliyin gigiyenasının əla vəziyyətdə saxlanılması və aşkar edilmiş hadisələrin təhlil edilməsi zamanı ətraflı məlumatı təmin edə bilməlidir. Komandanızın bacarıq və imkanlarının sözügedən vasitənin mürəkkəbliyinə və istifadə rahatlığına uyğun olması vacib məsələdir. Təhdidlər və təhlükələr haqqında ətraflı məlumat və tövsiyələr verən həll seçmək, təhdidə tez və asanlıqla cavab verməyə imkan yaradır.
• Genişləndirilmiş aşkarlama və cavab reaksiyası (XDR). XDR brandmauer, e-poçt, bulud və mobil cihazlar kimi digər məlumat mənbələri də daxil olmaqla, yekun nöqtənin və serverin çərçivəsindən kənara çıxır. O, müəssisələrə lazım olan yerdə təfərrüatlı məlumatı təmin etmək imkanı sayəsində bütün mühitlər haqqında vahid təəssürat yaratmaq üçün nəzərdə tutulmuşdur. Bütün bu məlumatlar, ümumiyyətlə "məlumat dənizi" olaraq adlandırılan mərkəzləşdirilmiş saxlancda uyğunlaşdırılmalıdır, burada istifadəçi biznes üçün əhəmiyyətli sorğular göndərə və onlara cavab ala bilər.
• Hadisələrə cavab reaksiyası / sinxronlaşdırılmış təhlükəsizlik: Yekun nöqtələrin mühafizə edilməsi vasitələri, gələcək hadisələrin qarşısını almaq üçün ən azı nəyin baş verdiyi haqqında təəssürat yaratmalıdır.
İdeal qaydada, bu vasitələr təhdidlərin yayılmasının və ya daha çox zərərin qarşısını almaq üçün analitikin müdaxiləsinə ehtiyac olmadan hadisələrə avtomatik cavab reaksiyası bildirməlidirlər. Hadisələrə cavab reaksiyası verən vasitələrinin digər yekun nöqtələrin təhlükəsizlik vasitələri ilə yanaşı həm də şəbəkə təhlükəsizliyi vasitələri ilə qarşılıqlı əlaqəsinin olması vacibdir.
• Təhdidlərə idarə edilən cavab reaksiyası (MTR): MTR, təhdidlərin gecə-gündüz axtarışını, aşkarlanmasını və mütəxəssis qrupu tərəfindən tamamilə idarə olunan bir xidmət şəklində cavablandırılmasını təmin edir. Analitiklər potensial təhdidlərə cavab verməli, komprometasiya göstəricilərini axtarmalı və hadisələrin harada, nə vaxt, necə və niyə baş verdiyinin ətraflı təhlilini təqdim etməlidirlər.
- Yekun nöqtələrin hərtərəfli qorunması üçün bir neçə metodun birləşdirilməsi nəyə görə vacibdir?
- Yekun nöqtənin mühafizəsi həllərinin qiymətləndirilməsi əsnasında müəssisələr yalnız bir əsas funksiyanı axtarmamalıdırlar. Bunun əvəzinə həm maşın tədrisi kimi müasir metodları, həm də effektivliyini sübuta yetirmiş əsas yanaşmaları əhatə edən bir sıra işlək və etibarlı funksiyaların axtarışına çıxmalıdırlar. Hadisələri araşdırmaq və cavab vermək üçün yekun nöqtə aşkarlanması və cavab reaksiyasının verilməsi metodundan (EDR) da istifadə etmək lazımdır. Öz kateqoriyasında ən yaxşısı olsa belə, təkcə bir dominant funksiyaya güvənmək təkcə bir zəif nöqtəyə münasibətdə həssas olduğunuzu bildirir. Əksinə, bir neçə etibarlı təhlükəsizlik səviyyəsinə malik olan çoxsəviyyəli mühafizə yanaşması daha geniş təhdidləri dayandırmağa müvəffəq olacaq. Bunu biz, tez - tez "artan güc" adlandırırıq - buraya əsas metodlar, maşın tədrisi, istismarçı eksploytdan qorunma, soyğunçu proqramlardan qorunma, EDR və digər həllər daxildir.
Yekun nöqtənin təhlükəsizliyinin qiymətləndirməsinin bir hissəsi kimi, müxtəlif təchizatçılardan onların həllinə hansı metodların daxil olduğunu soruşun Onların hər bir komponenti nə qədər güclüdür? Hansı təhdidləri dayandırmaq üçün hazırlanmışdır? Yalnız bir əsas texnikaya güvənirlər? Bəs bu həll uğursuz olarsa nə olacaq?