Azərbaycanın tibb müəssisələrində xətalara dözümlü şəbəkə infrastrukturu
Dünya əhalsinin çoxillik artım tendensiyası və səhiyyə sistemini tükədən ikinci il davam edən pandemiyanı nəzərə alsaq, səhiyyənin mövcud infrastrukturunun bilavasitə görməli olduğu işlərin həcminin öhdəsindən gəlməkdə çətinlik çəkir. Xüsusi ilə söhbət insan sağlamlığı və həyatından gedirsə, kompüter şəbəkələri haqqında düşünmək üçün vaxt demək olar ki, qalmır.
Bəs tibb müəssisələrində köhnəlmiş IT-infrastrukturun gündəlik proseslərə təsirini gözləməyə dəyərmi?

Tibbi təşkilatlar tibbi cihaz və digər qurğuları özünün rəqəmsal mühitinə daha çox qoşduqca, cari nizamın çatışmazlıqları ortaya çıxmağa başlayır. Əksər tibb müəssisələrində səhiyyə sahəsində yüksək nəticələr əldə etmək üçün nəzərdə tutulan xətalara dözümlü şəbəkə kimi önəmli təminat quraşdırılmayıb. Bu gün hər bir tibbi təşkilat üçün informasiya texnologiyaları, xəstələrə qayğı və biznes tələbatları arasında mövcud olan sərhədləri aradan qaldıran etibarlı və təhlükəsiz şəbəkə qoşulması önəmli elementə çevrilib.

Xətalara dözümlü şəbəkəyə ehtiyac məsələsinə ciddi yanaşan Azərbaycanın tibb müəssisələrindən biri də «Sumqayıt Hospital» tibb klinikasıdır. Bu klinikada Hewlett-Packard Enterprise avadanlığı üzərindən korporativ şəbəkə infrastrukturu layihəsinin reallaşdırılmasını iTech Group şirkəti həyata keçirib. İcraçıya klinika infrastrukturunda mobil qurğu dəstəyinin təmin edilməsi, xidmətlərin vahid idarəedilməsi imkanının yaradılması, işçi heyətinin faydalılıq əmsalının bir sıra proseslərin rəqəmsallaşdırılması hesabına artırılması, habelə həllərin gələcəkdə miqyaslaşdırılmasının təminatı tapşırığı verilmişdi. Layihə çərçivəsində şəbəkə hissəsi tamamilə Hewlett-Packard Enterprise və Aruba üzərində bazalanıb. Eyni zamanda əlçatımlılıq avadanlığı, RaySharp şirkətinin videonəzarət və NVR kameraları, Anviz şirkətinin fiziki təhlükəsizlik sistemləri, şəbəkə printerləri və SNOM şirkətinin DECT-həlləri üzərində bazalanan telefoniya sistemləri quraşdırılaraq, qoşulub.

- Layihəni reallaşdırarkən, biz inşaatçıların klinika binasında naqillərin quraşdırılması zamanı buraxdığı bir sıra çatışmazlıqları aradan qaldırmalı olduq. Bu bir daha göstərir ki, şəbəkə infrastrukturunun planlaşdırılması binaların layihələndirilməsi zamanı həyata keçirilməlidir. Eyni zamanda qeyd etmək istərdim ki, bu gün xəstəxanaların əksəriyyəti simsiz qoşulmadan geniş istifadə edirlər. Söhbət yalnız Wi-Fi-dan getmir. Bura həm DECT-telefoniya, həm də LTE mobil operator rabitə şəbəkəsinə simsiz qoşulma da daxildir. Lakin trend, ən yeni tibb avadanlığında istifadə edilən bütün xidmət və ötürücülərin Wi-Fi üzərindən standartlaşdırılmış bağlantıya keçidinə doğru aparır. Məhz buna görə biz klinikanın bütün otaqlarını simsiz şəbəkəyə qoşmaq imkanı ilə təmin edərək, trafikin şifrələnməsini və korporativ auntentifikasiya prosesini tənzimlədik. Eyni zamanda, şəbəkəyə qoşulan bütün istifadəçi və qurğuların avtorizasiyası da təmin edilmişdir, - deyə, iTech Group şirkətinin biznes inkişafı üzrə direktoru Rövşən Əkbərov bildirib.

«Sumqayıt Hospital» tibb klinikasının rəhbərliyi tibb və kompüter texnikasının təhlükəsiz lokal şəbəkə infrastrukturuna qoşulması, klinika əməkdaşları ilə yanaşı, ziyarətçi və xəstələrin də internetə qoşulması məqsədi ilə obyektin ərazisində tamamilə simsiz internet bağlantısının yaradılması kimi layihə tapşırıqlarını dəqiqliklə formalaşdıraraq, icraçıya yönləndirib. Layihənin reallaşdırılması nəticəsində klinika hər növ tibb və kompüter avadanlığı üçün stabil çalışan şəbəkə infrastrukturu qurulmuşdur. Eyni zamanda əməkdaşlar və xəstələr üçün simsiz şəbəkə də işə salınmışdır.

- «Zahra Clinic» tibb mərkəzi şəbəkə infrastrukturunda Hewlett-Packard Enterprise kommutasiya avadanlığının da yer aldığı rəddədavamlı şəbəkənin qurulmasına tərəf üz tutub. Bu tibb müəssisəsində keyfiyyətli fiziki təhlükəsizlik sisteminin qurulmasına ehtiyac duyulurdu. Sifarişçi təklif etdiyimiz Anviz şirkətinin kompleks həll və RaySharp videonəzarət sistemlərini seçdi. «Sağlam Ailə» tibb mərkəzində olduğu kimi «Zahra Clinic»da da bu sistem bizim çoxdankı tərəfdaşımız olan 3CX şirkəti ilə birgə reallaşdırılıb. Həmçinin, qeyd etmək istərdim ki, «Sağlam Ailə» tibb mərkəzində IP-telefoniya bazası üzərində şəbəkənin qurulması layihəsi Gəncə filialının da qoşulması kimi maraqlı tapşırıqla müşayət olunurdu. Göstərdikləri hərtərəfli dəstəyə, habelə layihənin reallaşdırılmasında fəal iştirakına görə şirkətin IT-mütəxəssislərinə təşəkkür edirik, - deyə, iTech Group şirkətinin layihə meneceri Tural Zərgərov bildirib.

***

Adətən insan özünü pis hiss etdikdə, əvvəlcə aptekə yollanaraq, simptomları azaltmaq üçün dərman vasitələri əldə edir, yalnız bundan sonra həkimə yazılırlar. Bu gün paytaxtın istənilən rayonunda olduğu kimi, Azərbaycanın istənilən bölgəsində aptek tapmaq mümkündür. Zamanla apteklər kiçik obyektlərdən, geniş çeşid dərmanlarla yanaşı, həm də gigiyena və kosmetik vasitələrin satıldığı iri farmasevtik şəbəkələrə çevrilib. Aptek şəbəkəsinin idarəsi optimallaşdırılmış loqistika və tədarük zənciri olan qəliz prosesdir. Bu proses çərçivəsində müştəriləri gözlətmədən reseptlə satılan dərmanları izləmək və vaxtında bazaya daxil etmək tələb olunur. Bu prosesə nəzarət etmək üçün aptek daim əlaqədə olmalıdır. Buna görə də IP-telefoniyanın qurulması zərurəti yaranır. Bu sistem adi mobil rabitədən daha ucuz başa gəlir. IP-telefoniyanı qurmaq üçün ofis və ya aptek filialına naqil çəkməyə ehtiyac yoxdur. Əməkdaşlar isə istənilən yerdən əlaqə qura bilir.

Farmasevtik preparatların satışı ilə məşğul olan «AzeriMed» şirkəti Azərbaycan üzrə 170-dən artıq aptekin daxil olduğu geniş şəbəkəyə malikdir. Şirkət, bölüşdürülmüş filial şəbəkəsini vahid kommunikasiya mühitinə birləşdirmək məqsədi ilə 3CX həllərinin tətbiqinə davam edir.Layihənin reallaşdırılması iTech Group şirkətinə həvalə edilib.

- Telefoniya sistemlərinin aparıcı dünya istehsalçılarının tövsiyyələri üzərində qurulan həllərimiz, bir sıra sifarişçinin müəssisəsində artıq öz faydasını nümayiş etdirmişdir. IP-telefoniya sistemlərinin tətbiqi və xidməti layihələrində iştirak edən şirkətimizin sertifikatlaşmış mütəxəssisləri mütləq şəkildə səsin ötürülməsi texnologiyaları üzrə ümumi və IP-telefoniya üzrə xüsusi tədris kursları və sertifikasiyadan keçir. Funksionallığı genişləndirmək və ya abonent sayını artırmaq tələb olunduqda, ənənəvi ATS bahalı genişləndirmə platası və proqram modullarının alınmasını tələb edir. 3CX seçməklə, «AzeriMed» şirkəti maksimal funksionallıqla yanaşı, həm də uzaq məsafədə yerləşən filial və aptek əməkdaşlarını vahid kommunikasiya məkanında birləşdirmək imkanına sahibləndi. Əlavə heç bir avadanlığa, habelə vaxt tələb edən qəliz quraşdırma və mövcud sistemə inteqrasiya proseslərinə ehtiyac yoxdur, - iTech Group şirkətinin biznes inkişafı üzrə direktoru Rövşən Əkbərov qeyd edib.

Şübhəsiz ki, bu, ölkənin tibb sektorunun rəqəmsallaşmasına aparan yolda atılan ilk addımlardır. Lakin bu addımlar səhiyyə təşkilatlarının fəaliyyətinə çəkilən xərclərin artım tempini azaltmağa, təklif olunan tibbi xidmətlərin səviyyəsini qısa və uzunmüddətli perspektivdə yüksəltməyə, kliniki, sosial və iqtisadi faydanı genişləndirməyə, habelə tibbi yardımın əlçatımlığını artırmağa yardım edəcək. Rəqəmsallaşdırmanın məqsədi olduqca dinamikdir. Bu da daim yenilənən tələbat və rəqəmsal məhsullar sayəsində yaranan yeni imkanlarla bağlıdır. Lakin bizim inteqratorların artıq bu cür təcrübəsi var.

Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan
Email
sales@itechgroup.az


Foto və video materiallar iTech Group-a məxsusdur

iTech Group 2024