Inohom - evinizin təhlükəsizlik və rahatlıq zəmanəti
Bu gün hər evdə bizi uzaqdan idarəetmə, hərəkət sensorları, işıqlandırma, istilik, təhlükəsizlik və digər məişət elektron sistemləri kimi bir çox qurğular əhatə edir. Bu cihazların əksəriyyəti ağıllı olsa da, onların bolluğu səbəbindən mümkün qədər faydalı və işlək olmurlar. Ağıllı ev sistemləri bütün məlumatları vahid mərkəzdə toplayır və bizə ağıllı mühitimizi idarə etməyə imkan verir. Onların sayəsində işıqlandırma, siqnalizasiya və soyutma/isitmə, ev əyləncə sistemləri və sair daxil olmaqla bütün cihazların idarəetməsini əldə edirsiniz. Smartfondakı sensor panellər və ya proqramlar üzərindən ağıllı evinizi idarə etməyə imkan verən bu kimi sistemlərlə siz həyat tərzinizi dəyişə və bu cihazlarla qarşılıqlı əlaəqədn yararlana bilərsiniz.

iTech Group şirkətinin Fiziki Təhlükəsizlik Departamentinin rəhbəri Anar Quliyev Türkiyə bazarının liderlərindən birinin bu sahə üzrə təklifləri haqqında məlumat verib.
- Inohom şirkəti haqqında məlumat verərdiz. Bu markanı bir sıra digər ağıllı ev sistemləri istehsalçılarından nə fərqləndirir?

- İlk öncə qeyd edək ki, Inohom - "Əşyaların İnterneti" sahəsində ən son məhsulların yaradılması ilə məşğul olan GST ELEKTRONICS-in ticarət nişanıdır. Inohom brendi Ağıllı Ev üçün maraqlı və innovativ məhsullar seriyası yaradır. Şirkətin əsas missiyası həyatımızı asanlaşdırmaqdır. Şirkətin gələcəyə yanaşması daha geniş olduğundan, bütün işləmələr xüsusi olaraq yaşayış binalarının, ofis və biznes mərkəzlərinin təkmilləşdirilməsinə yönəlmiş ən son texnologiyalar üçün yaradılır. "Ağıllı ev" və bina idarəetmə sistemləri sahəsində xidmətlər göstərilir. Şirkətin özəyini güclü elmi-araşdırma və istehsal qrupu təşkil edir. Bazara daxil olmamışdan öncə, 5 il ərzində ciddi tədqiqat və təkmilləşdirmə işləri aparılıb, prototiplər istehsal edilib və təffəruatlı sınaq prosesi reallaşdırılıb. Həmçinin şirkət özəl proqram təminatı təklif edir.

Bütün avadanlıq "vahid dildə" danışır, eyni tezlik və protokolla işləyir. Şirkət məhsul çeşidini daim zənginləşdirir, onun tətbiq dairəsini genişləndirir. Inohom-un nailiyyətləri və dəyərləri arasında:
● erqonomika və sadəlik;
● qiymət və keyfiyyətin mükəmməl vəhdəti;
● geniş çeşidli məhsullar;
● tam müştəri dəstəyi yer alır.

Şirkət müştərilərinə daim sərfəli imkanlar və seçimlər təqdim edir, təkliflər bazarını genişləndirir və mümkün qədər çox ölkəni əhatə etməyi planlaşdırır. Şirkət "Ağıllı ev" sistemi üçün ən yaxşı texniki həllərin evlərimizdə tətbiqi məqsədiylə məhsullarının keyfiyyətini daim artırır. Inohom region liderliyini qazanmaqla yanaşı, həm də insanların həyatını asanlaşdıran texnologiyalar təklif edərək qlobal bazarda özünü fəal şəkildə tanıdır. Şirkətin rəqabət üstünlükləri arasında istehsalatın Türkiyədə qurulması sayəsində çatdırılma müddəti və logistika xərclərini minimuma endirmək imkanı da var.

- İstifadəçilərin əksəriyyəti hələ də "Ağıllı ev" haqqında müəyyən təsəvvürə malik deyillər. Bu gün siə onu qurarkən gələcək onilliklər üçün imkanları hesablamaq lazımdır. İlkin mərhələdə "Ağıllı ev"in təməlində nələr qoyulmalıdır?

- Bəli, düzgün qeyd etdiniz ki, biz gələcək onilliklər üçün evlərimizin imkanlarını hesablamalıyıq. Qərbdə artıq fərdi evlərlə yanaşı, həm də çoxmənzilli binalar üçün hər şey belə ağıllı sistemlərinin imkanlarına əsasən həyata keçirilir. Belə ki, avtomatlaşdırmadan keyfiyyətli istifadə etmək üçün tikinti zamanı müəyyən prinsipləri nəzərə almaq lazımdır.

"Ağıllı ev" yerdəyişmənizdən asılı olaraq, evinizin müxtəlif otaqlarına müxtəlif musiqi yönləndirən və ya müvafiq sensorlarla idarə olunan həm ev kinoteatrları, həm də musiqi sistemləridir. Sistem giriş qapınıza kimsə yaxınlaşdıqda musiqini söndürə və ya səsyazmanı işə sala bilər. Smart Home evinizi su və ya qaz sızmasından, yanğın təhlükəsi və kənar şəxslərin müdaxiləsindən qorumaya qadir bir sistemdir.

Gündəlik həyatda inteqrasiya olunmuş avtomatlaşdırma getdikcə adiləşir. Əsas seçim dəsti standart olaraq iqlim, işıqlandırma, pərdə və s. bu kimi məqamların idarəetməsindən ibarətdir. Bundan əlavə, sistem beynəlxalq standartlara uyğun olmalı, istehsal olunan məhsullar sertifikatlaşdırılmalı və keyfiyyət baxımından ciddi sınaqdan keçirilməlidir. Lakin bu opsiyaları artırmağı, təkmilləşdirməyi bacarmaq lazımdır. Bu, əsasən özümüzdən, arzuladığımız rahatlığın miqyasını necə gördüyümüzdən asılıdır. Bu gün demək olar ki, hər şey mümkündür, çünki məişət cihazlarının ən son modelləri bu cür sistemlərə inteqrasiya gözləntiləri ilə istehsal olunur. Bu cür həllər alınarkən büdcəyə ciddi təsir etmədən, təhlükəsizlik və rahatlığa zəmanət verir. Bu baxımdan, Inohom unikaldır.

- Inohom şirkəti hansı məhsul və xidmətlər təklif edir?

- İlk öncə şirkətin özünün istehsal etdiyi «Nova Panel» monitorunu qeyd etmək istərdim. O, avtomatlaşdırma üçün əsas tələbləri qurmağa imkan verir. Ekranda klassik bir kliklə, proqram interfeysi vasitəsilə istifadəçi, tələb olunan temperaturu təyin edə, məişət cihazlarının planlaşdırılmış iş rejimini tənzimləyə, xüsusi sensorları, elektrik klapanlarını quraşdırılmış rele modullarına və ekrana qoşaraq, bütün iş proseslərini bir ekranda əks etdirmək imkanı əldə edir. Monitorda kilid açılana qədər fiziki sıxmanı bloklayan uşaqlardan müdafiə sistemi var. Şirkət vizuallaşdırma sistemləri üzərində ciddi işlər görüb - nəticədə telefon, planşet və ya divar monitorunda istifadəçinin tələblərinə uyğun olaraq xüsusi tənzimlənən xoş interfeys təqdim olunur.

Assortimentə həmçinin adi funksiyalardan genişləndirilmiş imkan diapazonu ilə fərqlənən interfeys, açar, kontrollerlər daxildir. Bu, digər təchizatçılardan asılı olmadan, açar təslim layihələri təmin etməyə imkan verir. İşıqlandırma məsələlərində də geniş imkanlar yer alıb. Söhbət yalnız həmən burada hiss olunacaq rahatlıqdan getmir. Məsələn, siz işığı smartfonunuzla tənzimləyə, qaraj və həyətdəki işığı uzaqdan yandıra, hətta eviniz təhlükəsiz ərazidə yerləşirsə, darvazaları da distant aça bilərsiniz. İşıqlandırma həm sizin iş qabiliyyətiniz üçün, həm də psixoloji durumunuz üçün də olduqca önəmlidir. Səhər oyandıqda yumşaq sarı işıq tələb olunur. Əslində isə iş qabiliyyətini soyuq ağ işıq artırır. Bütün bunları gün və ya təqvimdən asılı olaraq tənzimləmək mümkündür.

Evdə elektrik enerjisi və suyun sərfiyyatını, günün doğma və batma saatlarından asılı olaraq, ssenarilərin işə salınması sistemi ilə daha səmərəli etmək olar. Ssenarilərin yumşaq idarəedilməsi sayəsində, harda olmağınızıdan asılı olmadan, saat və mövsümə uyğun olaraq bağın sulanması və ərazidə ağıllı işıqlandırma kimi üstünlüklərdən yararlanmaq imkanı əldə etmiş olursunuz. Şirkətin hesablamalarına görə, bu, elektrik enerjisinə 30%-ə qədər qənaət etməyə imkan verir. Əgər evdə bir sıra istehsalçıların məişət texnikası üçün uzaqdan idarəetmə pultları varsa, Inohom bütün idarəetməni bir qurğu üzərində cəmləməyə imkan verir. Brendindən asılı olmayaraq televizor, peyk antenası, kondisioner və musiqi pleyeri kimi bütün cihazları bir panel və ya mobil tətbiq üzərindən idarə edə bilərsiniz. Sistem həm də evinizin təhlükəsizliyini təmin edərək, qaz və su sızması, kənar şəxslərin müdaxiləsi kimi təhlükələrdən qoruyur. Bir sözlə, Ağıllı Evin bir sıra imkanları var və onlar yalnız istəklərimiz və fantaziyalarımızla məhdudlaşır.

- Bu gün "Ağıllı Ev" sistemlərinin səs köməkçiləri ilə inteqrasiyası mövzusu çox populyardır. Inohom sistemləri səs nəzarətini dəstəkləyirmi?

- Əlbəttə ki, Inohom məhsulları Siri, Amazon Alexa, Google Home, Alisa və s. kimi köməkçilərlə səsli idarəetməni dəstəkləyir. Siz evinizi dünyanın istənilən nöqtəsindən smartfonun ekranına toxunmadan, tətbiqdə hər hansı aktivlik etmədən, tapşırıqlarla idarə edə bilərsiniz. Bundan əlavə, Inohom həlləri çoxlu sayda əşyaların İnterneti cihazları və İnternet xidmətləri ilə inteqrasiya olunmuş IFTTT texnologiyasından istifadə edir. Bu xidmət ağıllı ev sistemlərinin və cihazların idarə edilməsinin böyük əksəriyyətini tanıdığından, avtomatlaşdırma üçün olduqca rahatdır. Məsələn, sistem, çöldə yağış yağdıqda sizə əvvəlcədən hazırlanmış mesaj göndərir ki, siz qapalı iqlim nəzarəti parametrlərini dəyişdirə və ya qarajın qarşısındakı təhlükəsizlik kamerasının yanında kimsə dayandıqda ağıllı işığı yandıra bilərsiniz.

- Şirkətiniz "Ağıllı ev" konsepsiyasını Azərbaycan bazarında necə təbliğ edir?

- iTech Group-un əsas məqsədlərindən biri Ağıllı Ev imkanlarını layihəçilər üçün normaya çevirməkdir. İnteqrasiya layihələrindən əlavə, biz ilk növbədə distribütorluqla məşğul oluruq və Inohom brendi üçün dilerlərin tərəfdaş şəbəkəsini fəal şəkildə genişləndiririk. Montaj təşkilatları, memarlar və layihəçilər, habelə tikinti şirkətləri ilə fəal əlaqələr qururuq. Belə ki, bu gün "Ağıllı ev" texniki yenilikdən rahat həyatın ayrılmaz hissəsinə çevrilir.

Onu da qeyd edim ki, Inohom, digər təchizatçılardan asılı olmadan, açar təslim layihələri təqdim etməyə imkan verir. Bu istehsalçının demək olar ki, bütün avadanlıqları bizdə mövcdu olduğundan, müəyyən komponentlər üçün aylarla gözləməyə və ya hər hansı sistemlə inteqrasiya haqqında düşünməyə ehtiyac qalmır. "Ağıllı ev" kifayət qədər mürəkkəb məntiqə və qrafikaya malikdir və çox vaxt onu qısa müddətdə qurmaq lazım olur. Rəqiblərimiz sistemi 2-3 ay ərzində qurursa, bizim avadanlıqlarımızla, hətta böyük evdə belə, bütün işləri bir həftə ərzində başa çatdırmaq mümkündür. Buna baxmayaraq, qiymətlərimiz digər şirkətlərin qiymətlərindən fərlənmir.

Yerli bazarda 23 ildən artıq təcrübəyə malik şirkət olaraq biz həmişə istifadəçilərin və dilerlərimizin tələbatlarını hər şeydən üstün tutmuşuq. Buna görə də jurnalınızın oxucularını Ağıllı Evin bütün xüsusiyyətlərini real nümayiş etdirmək üçün şourumumuza dəvət edirəm.
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan
Email
sales@itechgroup.az


Foto və video materiallar iTech Group-a məxsusdur

iTech Group 2023