- Avigilon şirkəti haqqında daha geniş məlumat verərdiniz.
- Avigilon-nun portfoliosuna 61 meqapikselə qədər icazəsi olan IP-kamera, multisensor kameraları, videoyazı üçün şəbəkə avadanlığı, videoların izlənməsi və intellektual təhlili, hərarət vizorları, daxilolma ötürücüləri, enkoder analoqları, obyektiv, telemetrik idarətetmə pultları, kamera örtükləri, habelə videonəzarət və giriş idarəetməsi proqram təminatının da daxil olduğu geniş çeşiddən ibarətdir. Şirkətin sahə həlləri dünyanın 100-dən çox ölkəsində nəqliyyat, ticarət, istehsalat, təhsil, səhiyyə, bank sektoru və Smart City layihələrində uğurla tətbiq edilir. Avigilon təhlükəsizlik sistemləri açıq platforma üzərində bazalanır, yüksək məhsuldarlığa malik olub, çevik miqyaslanır və məhdudiyyətsiz şəkildə genişlənə bilir.
Fəaliyyətinə yüksək icazəli videomüşahidə kameralarının istehsalından başlayan şirkət, son zamanlar girişə nəzarət və videotəhlil sahəsində süni intellektin ciddi tətbiqi ilə davam edərək, kompleks həllər yaradıb. Şirkət son istifadəçilərə məhz onların ehtiyac duyduğu nəticəni verərək, həllə komlpleks yanaşır. Rəqiblər isə müxətlif istehsalçıların təqdim etdiyi komponentlərdən yararlanaraq, həllərin yaradılması üçün nəzərdə tutulan açıq sistemlərə ümidlənir.
Şübhəsiz, Avigilon sistemləri premium sinfinə aid olub, kompleks yanaşması ilə rəqibləri xeyli geridə qoyur. Bunun sayəsində son istifadəçi bütün sistemlər üzrə 7/24 texniki dəstək və dəqiq qarşılıqlı əlaqə ilə təmin olunur.
Lakin, şirkət məhsulları premium səviyyədə olmasında baxmayaraq, portfolioda kiçik obyektlər üçün nəzərdə tutulan həllər yer alıb. Məhsulların geniş spektri isə istənilən təşkilata qiymət baxımından ən optimal, əlverişli həll seçmək imkanı verir. Əlavə edim ki, Avigilon-nun bütün məhsulları, videomüşahidə sahəsinin ən perspektivli həllərin yaradıldığı ölkədə - Kanadada istehsal olunur. Şirkət ОЕМ-müqavilələri əsasında HD videomüşahidə sistemlərinin təzyiqinə davamlı səviyyədə yaradılan server istehsalçıları - DELL Technologies və HPE ilə əməkdaşlıq edir. Eyni zamanda şirkətin Avigilon Control Center miqyaslanan proqram təminatı, rahat anlaşılan interfeysə və açıq arxitekturaya malikdir. Proqram təminatı məhşur kamera istehsal edən brendlərin avadanlağı və digər aparat təminatları ilə uzlaşır. Bu intellektual proqram təminatı nəzarət olunan obyektin ərazisində hətta ən kiçik dəyişiklikləri və fəallıqları qeydə alır, həyacan siqnalları, nömrə nişanları, kassa əməliyyatları, qoşma və digər parametrlər üzrə məlumat axtarır.
Avigilon pərakəndə satış, bank işi, təhsil, kazino, kritik milli infrastruktur və nəqliyyat da daxil olmaqla, bir sıra sahələrə xidmət göstərir. Şirkət Mayami Dolfins-da yerləşən Hard Rock stadionu, Tennesi və Sİdnet universitetləri, Saudiyyə Ərəbistanında şah Abdulaziz-in adını daşıyan beynəlxalq haval limanı, Pitsboro şəhəri və Londonun Old-Beyli rayonu kimi iri müştərilərlə çalışır. Regionumuza nəzər salsaq, Avigilon həlləri Tbilisi, Kutaisi və Batumi kimi əhərlərin hava limanlarında tətbiq edilir. Əlavə olaraq, 2000-dən artıq Avigilon kamerası Gürcüstan yollarına, Litva və Rusiyanın bir sıra banklarına, Gürcüstanın ən iri bankı olan TBC-yə, Estoniyanın iri loqistik mərkəzlərinə, Baltikyani ölkələrin kazino şəbəkəsinə nəzarət edir. Qazaxıstanın dörd ən iri şəhərində ən öncül kameraların daxil olduğu kompleks həllər tətbiq olunur. Azərbaycanın dövlət və özəl sektorları da bu şirkətin həllərindən yararlanır. Məsələn, Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) Avigilon həllərindən fəal istifadə edir.
Bu gün digər videomüşahidə sistemlərinin istehsalçısı kimi, Avigilon da bazarda bir sıra çətinliklərlə üzləşir. Məsələn, şirkət həlləri müştərinin informasiya texnologiyaları ilə uzlaşmalı, şifrələmə və kibertəhlükəsizlik sahəsinə aid digər tələbləri də ödəməlidir. Avigilon bu çətinlikləri, lazımsız məlumatları ötürərək, operatorun diqqətini lazımi istiqamətə yönəldən yeni süni intellekt və dərin öyrənmə sistemləri sayəsində dəf edir. Avigilon avandalığı əldə olunan görüntünü müəyyən edilmiş şablonlarla müqayisələndirərək, hərəkətli obyektləri, insanların davranış ssenarilərini və nəqliyyat vasitələrinin xasiyyətini təyin edir. Bu da operatorun vəziyyət haqqında tam məlumatlı olmasını təmin edir. Eyni zamanda sistem hər hansı hadisənin qarşısının alınması və təhqiqatı üçün dəqiq məlumatları toplayır.
- Biz öyrəşmişik ki, videomüşahidə sistemləri adətən mühafizə və təhlükəsizlik sahəsində tətbiq olunur. Avigilon həllərinin digər sahələr üzrə qeyri-tipik tapşırıqların reallaşdırılması zamanı istifadəsi nəzərdə tutulubmu?
-Videomüşahidənin ən çox mühafizə və təhlükəsizlik sahələrində tətbiq olunduğunu deməzdim. Halbuki, əksəriyyət düşünür ki, videomüşahidə məhz təhlükəsizlik üçün nəzərdə tutulub. Videomüşahidə - biznesin idarəsi və təkmilləşdirilməsi, habelə istehsalatın nəzarəti və idarəetməsi üçün vacib olan məlumatların toplanmasında ciddi rol oynayır. Bu gün videomüşahidə pərakəndə satış, loqistika, menecment sahələrində uğurla tətbi edilir. Avigilon şirkəti inanır ki, bu sahələrdə növbəti inqilab videotəhlil və süni intellekt sahələrinə əsaslanacaq. Kamera - fiziki dünyanı rəqəmsallaşdırmaq, sonsuz informasiya toplumuna baş vurmaq üçün bir alətdir, vasitədir. Avigilon kompleks həlləri ilə bunu etmək daha asan olacaq.
Avigilon-un üstünlüyü ondadır ki, şirkət müştərinin yanına gəlib, məhsulunu nümayiş etdirməkdən çəkinmir. Biz də yüksək statuslu tərəfdaş olaraq, istənilən səviyyəli müştərilər üçün demo-sınaq təşkil edib, həllərin keyfiyyəti və üstünlüklərini hiss etmək imkanını yaradırıq. Adətən, bu sınaqlardan sonra kompleks həllərin yalnız təhlükəsizlik üçün deyil, daha çox məhsul və istehsalat proseslərinə nəzarət vasitəsi olduğu bəlli olur. Bu da biznesə yeni mərhələyə qədəm qoymağa imkan verir.
- Avigilon tərəfdaşlarına necə münasibət bəsləyir? İstehsalçıdan ciddi dəstək görürsünüzmü?
- Avigilon satış və distribusiya modelini B2B üzərində qurara, bir neçə sertifikat növü təklif edir. Üstəlik, Avigilon tərəfdaşlarını ciddi şəkildə seçib, onlara təlim, satış və dəstək kimi vasitələrlə yardım edir. Avigilon-un Azərbaycanda rəsmi nümayəndəsi olan iTech Group, istənilən qəlizlik səviyyəsi olan layihələrin gerçəkləşməsində bu dəstəyi tamlığı ilə hiss edir.
Bu gün Avigilon Azərbaycan bazarının inkişafına sərmayə yatırır. Şirkətimizin simasında istehsalçı, kompleks və irimiqyaslı layihələri inkişaf etdirmək, eyni zamanda texniki heyətin və müştəri mütəxəssislərinin inkişafına vəsait xərcləməyə hazır olan layiqli tərəfdaş görür.