Dekabrın 14-də Hədəf Şirkətlər Qrupunun təşkilatçılığı ilə Azərbaycan Dövlət Pedaqoji Universitetində II Təhsil Menecerləri Forumu (TMF) keçirilib.
400-dən çox iştirakçının qatıldığı forumda təhsil sahəsində rəhbər vəzifə tutan şəxslər, mütəxəssislər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Forumun əsas mövzusu təhsildə idarəetmə, rəqəmsal transformasiya və ekoloji məsuliyyətin müzakirəsi olub.
Açılış nitqi ilə çıxış edən rektor Cəfər Cəfərov vurğulayıb ki, bu gün təkcə təhsildəki dəyişiklikləri əks etdirmək üçün deyil, həm də gələcək nəsilləri qlobal vətəndaşlıq və milli inkişaf üçün zəruri olan bacarıq və dəyərlərlə təchiz etmək üçün innovativ yolları araşdırmaq məqsədi ilə toplaşılıb. Bizim qarşımızda tənqidi təfəkkür, innovasiya və ömür boyu öyrənməni təşviq edən sistem qurmaq dayanır. Bu sistem həm qlobal tendensiyalara, həm də xalqlarımızın mədəni mahiyyətinə uyğun olmalıdır.
Qeyd edək ki, forumun media dəstəkçiləri Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AZTV) və “Səs” İnformasiya Agentliyidir. Tədbirin rəsmi tərəfdaşları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Naxçıvan Dövlət Universiteti, tərəfdaşları MÜSİAD Azərbaycan, “ELTA”, “XAN” nəşriyyatı, informasiya tərəfdaşları “Ustad” ədəbiyyat və sənət dərgisi, “azedu.az” və “sənət.az” saytları, sponsorları “iTech”, “alba” və “SİNKOD” şirkətləridir.
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan
Email
sales@itechgroup.az


Foto və video materiallar iTech Group-a məxsusdur

iTech Group 2023