İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 9-da Bakının Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılış mərasimində iştirak ediblər.
Dövlət başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.
DOST Agentliyinin və ilk DOST mərkəzinin 7 mərtəbəli inzibati binasının memarı Nəriman İmaməliyevdir. Neomodernizm üslubunda inşa edilən bu bina mühəndis sistemləri baxımından ən müasir tələblərə cavab verir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva binada yaradılan şəraitlə yaxından tanış oldular.

iTech Group Şirkətinin böyük layihələrdən biri olan "DOST" layihəsində görülən işlər:

∙ Daxili server və şəbəkə avadanlıqlarının qurulması
∙ Passiv şəbəkə infrastrukturunun yaradılması
∙ Analitik video müşahidə kameralarının quraşdırılması
∙ Video müşahidə mərkəzinin qurulması
∙ İnformasiya təhlükəsizliyinin təmin olunması
∙ Üz tanıma və nəzarət sisteminin quraşdırılması
∙ Girişə nəzarət sisteminin X-RAY avadanlığının quraşdırılması
∙ Çağrı Mərkəzi, İP telefon və İP DECT telefon sisteminin qurulması
∙ Mərkəzi UPS sisteminin quraşdırılması
∙ Mərkəzi anons və səsləndirmə sisteminin quraşdırılması kimi işlər görülüb
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan
Email
sales@itechgroup.az


Foto və video materiallar iTech Group-a məxsusdur

iTech Group 2024