Qubada sahibkarlarla görüş keçirilib.
Tədbirdə bölgədə sahibkarlıq fəaliyyəti və biznesin inkişaf etdirilməsi üçün imkanlar barədə fikir mübadiləsi aparılıb, sahibkarların təklifləri dinlənilib.
Quba İş Adamlarına Dəstək (QİAD) platformasının təşkilatçılığı ilə Qubada 250-dən çox sahibkarın, eləcə də dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Tədbir bölgədə iqtisadi və işgüzar əlaqələrin, sahibkarlar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, biznes fəaliyyətinin təşviqi, ticarətin artırılması, bölgəyə xarici investisiyaların cəlb olunması, bununla da regionun inkişafına dəstək məqsədilə təşkil edilib.
Görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyini (KOBİA) İdarə Heyəti sədrinin müavini Samir Hümbətov təmsil edib. Tədbirdə bölgədə sahibkarlıq fəaliyyəti, biznesin inkişaf etdirilməsi üçün imkanlar, regionun turizm potensialı, sahibkarlığın inkişafı üçün dövlət dəstəyi alətləri barədə məlumat verilib, sahibkarların fikirləri dinlənilib, sualları cavablandırılıb
Qeyd olunub ki, belə tədbirlər regionun sahibkarları arasında əlaqələrin genişləndirilməsi, yeni əməkdaşlıqların qurulması, iş adamlarının təkliflərinin dinlənilməsi baxımından əhəmiyyətlidir və mütəmadi olaraq təşkil olunacaqdır.

Keçirilən tədbirdə iTech Group-un rəhbəri İlham Əzizov da iştirak etmişdir. Həmçinin iTech Groupa aid stend qurularaq, sahibkarlara şirkətin distributer olduğu məhsullar təqdim edilmişdir.
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan
Email
sales@itechgroup.az


Foto və video materiallar iTech Group-a məxsusdur

iTech Group 2024