MÜSİAD Azərbaycan İstehsal və Ticarət Komissiyası ilə Təşkilatlanma və Üzvlərlə Əlaqələr Komissiyasının birgə təşkilatçılığı ilə 100-dən çox iş adamının iştirak etdiyi "MÜSİAD Azərbaycan üzvlərinin "Bir və bərabər" adlı görüş keçirildi.
Bu görüşün əsas məqsədi sahibkarlar arasında B2B əlaqələrin qurulmasını dəstəkləmək və ticari əlaqələri daha da gücləndirmək idi.
Keçirilən tədbirdə iTech Group-un rəhbəri İlham Əzizov da iştirak etmişdir.
Görüşdə Türkiyə Respublikasının Azərbaycandakı ticarət müşavirləri, MÜSİAD Azərbaycan üzvləri və dəvətli qonaqlar iştirak etdilər.