«Anviz süni intellekt üzərində qurulan çoxfaktorlu identifikasiya (eyniləşdirmə) vasitələrinə üstünlük verir»
Bu gün bazarda təqdim edilən nəzarət və əlçatımlılıq idarəetməsi sistemləri üç əsas element üzərində qurulur: şifrə, şəxsiyyəti təsdiq edən kart və biometriya. Seçim təşkilatda təhlükəszilik tələblərindən asılı olaraq, reallaşdırılır. Lakin COVID-19 pandemiyası səbəbindən vərdiş etdiyimiz bir sıra proseslər ciddi dəyişikliklərə məruz qalıb. Nəzarət və əlçatımlılıq idarəetməsi sistemləri, o cümlədən maska taxan şəxslərin müəyyənləşdirilməsi üçün nəzərdə tutulan termal görüntüləmə kameraları, habelə alqoritm və texnologiyaların inkişafı də istisna deyil. Göründüyü kimi yaxın gələcəkdə gündəlik prosesləri geniş əhatə edəcək təmassız biometrik texnologiyalar problemin əsas həllərindən biri kimi çıxış edəcək.

Anviz şirkəti biometrik və təmassız identifikasiya (eyniləşdirmə) texnologiyaları sahəsində dünya lideridir. Şirkətin, brendin inkişafı, marketinq və məhsulun texniki dəstəyi ilə məşğul olan əsas ofisi Mayamidə (Florida ştatı, ABŞ) mənzillənir. Bundan əlavə, Anviz ofis və nümayəndəlikləri bir sıra ölkələrdə, bilavasitə istehsal və R&D mərkəzləri isə Çində yerləşir. Azərbaycanda Anviz məhsul və həllərini, 2012-ci ildən peşəkar giriş sistemlərinin idarəedilməsi, iş vaxtı hesablayıcı, biometrik oxuyucu və biometrik qıfıl tədarükçüsünün distribyutoru qismində iTech Group şirkəti çıxış edir. Anviz məhsullarının imkanları və Azərbaycanda tətbiq sahələri haqqında Infocity jurnalına iTech Group şirkətinin layihə meneceri Nadir Eyvazov danışır.
- Bu gün Anviz həllərində hansı biometrik texnologiyalar tətbiq edilir?

- Biometriya - insanları bir və ya bir neçə fiziki və ya davranış xüsusiyyətləri üzərindən tanıyan olduqca geniş anlayışdır. Bura üz, səs, imza, göz, barmaq izi, ovucun quruluşu, əlin damar təsviri, individual çap ritmi, iy və s. göstəricilərlə tanıma daxildir. Lakin dərin düşünsək, adi qurğularda, məsələn, fotolarda əks olunan istənilən biometriyanı etibarsızlaşdırmaq mümkündür. Buan görə də Anviz öyrəşdiyimiz texnologiyalar üçün əlçatmaz olan həllərin eyniləşdirmə üsulları üzərində fokuslanıb. Şirkət, dinamik dəyişən biometrik əlamətlərin eyniləşdirilməsi üsullarını yaradır. Məsələn, Anviz portfoliosunda canlı üzü foto və hətta videodan fərqləndirməyə qadir süni intellekt əsaslı özüöyrənən həllər yer alıb. Dərinlik analizi iki kamera vasitəsiylə reallaşdırılan videoaxın sayəsində baş verir. Düzülən dərinlik kartları isə üz əvəzinə foto və ya smartfon ekranının təqdim edilməsi kimi hücumları əks etdirməyə qadirdir. Bundan əlavə, Anvizin biometrik girişə nəzarət sistem alqoritmləri saç düzümünü dəyişəm, maska və ya eynək taxam insanı rahatlıqla eyniləşdirir. Şirkətin fərdi işləməsi - inteqrasiya olunmuş Bionano alqoritmi multibiometrik tanıma üzərində qurulub. O, barmaq izi, üz və göz tanıma, habelə bir neçə ssenarili çoxfunksiyalı tətbiqləri əhatə edir. Məsələn, Bionano unikal şifrələmə və kodlama texnologiyasını istifadə edir. Texnologiya saxta barmaq izlərini tanıyır və yüksək təhlükəsizlik səviyyəsi olan tətbiq ssenariləri üçün canlı barmaqları ayırd etməyi bacarır. Sistem barmağın quru və ya nəm olduğunu ayırd edir, onun üzərində mikroçatların olub olmadığını görür və pozulmuş iz xətlərini avtomatik bərpa edir. Anviz şirkəti dünyada ilk olaraq saxta barmaq izlərinin seçilməsi üçün süni intellekt alqoritmini yaradıb. Bionano alqoritminə inteqrasiya olunan AI Fake Fingerprint Detection texnologiyası daimi öyrənmə sayəsində Anviz-in biometrik terminalları 0,5 saniyə ərzində saxta barmaq izini ayırd edərək, onu bloklamağa imkan verir, eyni zamanda müvafiq təhlükəsizlik xidmətlərini aşkarlanmış pozuntu haqqında məlumatlandırır. Əlavə olaraq Bionano alqoritmi yanlış üztanıma ehtimalını milyondan bir dəfəyə endirir. Halbuki, digər sistemlər 99% düzgün tanıma zəmanət verir. Bionano alqoritmləri gözün qüzehli qışasına aid unikal göstərici bazası üzərində identifikasiya sistemlərinə də inteqrasiya edilib. İstənilən halda, bu gün Anviz süni intellekt üzərində yaradılan çoxfaktorlu eyniləşdirmə vasitələrinə əsaslanır. Bu da səhvləri demək olar ki, sıfıra endirməyə imkan verir.

- COVID-19 pandemiyası həyatımıza maska adlı daimi atribut gətirdi. Bəs bu hal insanları maskada eyniləşdirən sistem bazarına olan tələblərə ciddi təsir edibmi?

- Şübhəsiz, Anviz-in maskalı şəxsi eyniləşdirməyə qadir sistemi var. Bu oxuyucular 10 min nəfərə qədər insanı yadda saxlayır, daim öyrənir və daxili yaddaşı olduğundan, internet qoşulma tələb etmir. Bu müddət ərzində şirkət, təmassız hərarət ölçmək və insan simasını həndəsi göstəricilər üzrə müəyyəlnəşdirmək üçün termokamera yaradıb. Məsələn, Anviz-in yüksək dəqiqliyə malik FaceDeep 3 və FaceDeep 3 IRT təmassız terminalları mövcuddur. Platforma istifadəçini cəmi 0,3 saniyəyə ayırd edərək, maskalı şəxslərin biometrik verilənlərini müqayisələndirir. Terminallar üzü tanımaq üçün iki kamera ilə təchiz edilib. Üstəlik qurğular həyatadavamlılığı ayırd edən, habelə maskanı seçən və hərarəti ölçən biometrik imkanlar təklif edir. Bu sürətli terminallar dəqiqədə 50 nəfərə qədər istifadəçini eyniləşdirməyə qadirdir. Bu həllərə Azərbaycanda da tələbat var. Bu bir qlobal trenddir. Belə ki, bu gün epidemioloji təhlükəsizliyi artırmaq üçün şirkətlər bu cür həllərin tətbiqini məlum məsələlərə görə sürətləndirərək, təmassız biometrik eyniləşdirmə üsullarına üstünlük verirlər.
- Azərbaycanda Anviz həlləri ən çox hansı sahələrdə tətbiq olunur?

- Adətən nəzarət və giriş idarəesilməsi vasitələri güc strukturları və maliyyə təşkilatlarında tətbiq olunur. Lakin 10 illik sıx əməkdaşlıq dövründə biz Anviz həlləri üzərində qurulan bir sıra layihələr icra etmişik. Bu layihələr iqtisadiyyatın demək olar ki, bütün sahələrini, o cümlədən, ticarət mərkəzləri, mehmanxanalar və təhsil müəssisələri də əhatə edib. Azərbaycan Mərkəzi Bankı və "Azərbaycan Xəzər dəniz gəmiçiliyi" QSC ilə birgə həyata keçirdiyimiz layihələr olduqca böyük önəm kəsb edib. Burada Anviz nəzarət sistemləri ilə yanaşı girişin idarəedilməsi üzrə hazır həllərin şirkətin digər prosesləri ilə birləşdirən infrastruktur qurulub. Qaradağ rayonunda yerləşən Bakı Gəmiqayırma zavodu da daxil olmaqla, Xəzər Gəmiçiliyi ofis və obyektlərinə girişə nəzarət edən sistem əməkdaşların davamiyyəti haqqında məlumatları toplamaq və izləmək üçün istifadə edilir. Administratorlar üçün sistemə məsafəli giriş yaradılıb. Onlar heyətin müəyyən obyektlərə girişinin vaxtını təyin edə bilər. Lakin tıhlükəszilik sistemi ilə inteqrasiyadan başqa, Anviz proqram təminatı və şirkətimiz tərəfindən yaradılan əlavə modul-hesabat üzərində iş vaxtının və əməkdaşların məvacibinin hesablanması həyata keçirilir. Bu arada Anviz avadanlığı üzərində bazalanan və "Azərbaycan Xəzər dəniz gəmiçiliyi" QSC-də tətbiq olunan sistem sutkada 10 min nəfəri eyniləşdirir. Yəni həllin imkanlarını özünüz də təxmin edə bilərsiniz.

Bundan əlavə, girişə nəzarət və iş vaxtının hesablanması üçün bulud həlli olan CrossChex Cloud, Anviz avadanlığı istifadəçilərini əlavə olaraq girişə nəzarət və iş vaxtının hesablanması sistemləri üçün idarəetmə proqramlarını server və iş stansiyalarına quraşdırmaq ehtiyacından azad edir. Artıq bu yük bulud serverlərinin üzərinə düşür. Bu da məlumatların istənilən nöqtədən əlçatımlılığını təmin edir. Sadə web-interfeys sayəsində müvafiq şöbələrin əməkdaşları məlumatları əlavə edə, dəyişə və ya poza, hadisələr jurnalını real zaman rejimində izləyə, habelə heyətin iş vaxtı ilə bağlı hesabatlar yarada bilərlər. Süni intellekt üzərində qurulan Anviz AIM CrossChex sistemi isə bir sıra müəssisələrdə SAP və 1С həlləri ilə uyğunlaşır. Üstəlik iTech Group-un developerləri qısa müddət ərzində bu sistemlərdə istənilən hesabatın çıxarılması üçün nəzərdə tutulan proqram təminatı yaratmağa qadirdirlər. Bu da əməkdaşların idarəedilməsini avtomatlaşdırmağa, əmək xərclərini azaltmağa və heyətin səmərəli idarəedilməsi sayəsində əməkhaqqıların ödənilməsi fondunu optimallaşdırmağa imkan verir.

- Vendorla münasibətləriniz necə qurulur?

- Anviz şirkəti ilə çalışmaq rahat və xoşdur. Çünki bu şirkət tərəfdaşlarına loyal yanaşır, avadanlığın quraşdırılması, Anviz məhsullarının digər vendorların avadanlığı ilə inteqrasiyası zamanı yarana biləcək problemlərin operativ aradan qaldırılmasında yardım edir. Şirkət nümayəndələri ilə kommunikasiya olduqca tez qurulur. Mükəmmək qurulmuş loqistik zəncir sayəsində avandalığın Çindən Azərbaycana çatdırılması rahat və gecikməsiz həyata keçirilir. Qeyd edim ki, Çindəki zavodda həyata keçirilən icra keyfiyyəti və yüklənmə nəzarəti ən yüksək səviyyədə reallaşdırılır. Bütün bunlar bizə Anviz şirkətinin bütün həllərini show-room-da təqdim etmək və istənilən profil və miqyaslı təşkilatların tələbatına ödəməyə qadir nəzarət və girişə icazə sistemlərinin yetərli ehtiyatını stokda (anbarda) saxlamaq imkanı verir.
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan
Email
sales@itechgroup.az


Foto və video materiallar iTech Group-a məxsusdur

iTech Group 2024