21 oktyabr 2024-cü il tarixində, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Qətər Ticarət və Sənaye Palatasının təşkilatçılığı, Marsol Company Group və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) dəstəyi ilə Azərbaycan-Qətər Dəyirmi Masa təşkil edilmişdir.
Keçirilən tədbirdə iTech Group-un rəhbəri ilham Azizov da iştirak etmişdir.
Tədbirdə Azərbaycan və Qətərin sənaye, turizm, xidmət, İKT və s. sektorlarında fəaliyyət göstərən 60-dan çox iş adamları iştirak etmişdir.
Dəyirmi masada çıxış edən Qətər Ticarət və Sənaye Palatasının sədr müavini Rəşid bin Hamad Əl-Əthba, Azərbaycan Respublikasının Qətər dövlətində fövqəladə və səlahiyyətli səfiri Mahir Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və İCMA-nın İdarə Heyətinin sədri Tural Mustafayev ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələri, sahibkarlıq sahəsində əməkdaşlıq, işgüzar əlaqələrin genişləndirilməsi imkanları və iş adamlarının iştirakı ilə birgə təşəbbüslərin reallaşdırılması perspektivləri barədə fikirlərini bölüşüblər.