Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab İssam bin Saleh əl-Cuteyli və iTech Group-un rəhbəri İlham Əzizov arasında görüş keçirilib.
Görüş zamanı informasiya və telekommunikasiya texnologiyaları, yaşıl enerji, ağıllı şəhər konsepti, təhlükəsizlik sistemləri, süni intellekt, innovasiya sahəsində gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər, xüsusilə ağıllı şəhər həlləri və rəqəmsal transformasiya sahəsində birgə layihələrin həyata keçirilməsi üzrə geniş perspektivlərin mövcud olduğunu vurğulayıblar. Cənab İssam bin Saleh əl-Cuteyli həmçinin Səudiyyə Ərəbistanı və Azərbaycan arasında mövcud olan münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib.