Heydər Əliyev Mərkəzində Türkiyənin yaranmasının 99-cu ildönümü qeyd olunub
Heydər Əliyev Mərkəzində Türkiyənin yaranmasının 99-cu ildönümü qeyd olunub.
Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı və Milli Məclisin sədri Sahibə Qafarova iştirak ediblər.
“Türkiyə dünyanın bütün bölgələrində sülh və təhlükəsizliyi təşviq etməyə çalışan böyük bir ölkədir. Biz kənd təsərrüfatından tutmuş texnologiyaya qədər bütün sahələrdə mühüm uğurlar əldə etmişik”, - səfir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın müraciətini oxuyaraq bildirib.
Daha sonra səfir qeyd edib ki, Türkiyə və Azərbaycan beynəlxalq arenada, xüsusilə Qarabağ məsələsində hər zaman bir-birini dəstəkləyir. O, bir daha qardaş Azərbaycanı işğal olunmuş torpaqlarının azad edilməsi münasibətilə təbrik edib.
Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova Prezident İlham Əliyevin adından qardaş Türkiyə xalqını Cümhuriyyət bayramı münasibətilə səmimi təbrik edib və xoş arzularını ifadə edib.
S.Qafarova bildirib ki, doxsan doqquz il öncə böyük Mustafa Kamal Atatürkün rəhbərliyi ilə başlanmış Cümhuriyyət quruculuğu yolu qardaş Türkiyəni dünyanın ən qüdrətli dövlətlərindən birinə çevirib. Xüsusən son illərdə Türkiyə Respublikasının Prezidenti, böyük siyasi və dövlət xadimi cənab Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının yaradıcılıq enerjisinin birləşdirilməsi həyatın bütün sahələrində möhtəşəm uğurlara gətirib çıxarıb. Bu gün Türkiyə Respublikasında, eləcə də Türkiyə Respublikasının iştirakı ilə dünyanın digər bölgələrində, xüsusən Cənubi Qafqazda həyata keçirilən irimiqyaslı layihələr xalqların rifahına və tərəqqisinə xidmət edir.

Keçirilən tədbirdə iTech Group-un rəhbəri İlham Əzizov da iştirak etmişdir.
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan
Email
sales@itechgroup.az


Foto və video materiallar iTech Group-a məxsusdur

iTech Group 2023