"Ağıllı Kənd"
Bir kəndin "ağıllı" olması üçün nələr lazımdır?
Bir yaşayış məskəninin "Ağıllı kənd" adlandırıla bilməsi üçün mütləq İKT-nin ən son nailiyyətlərindən istifadə olunmalıdır. Müasir texnologiyaların olmadığı bir yerdə "Ağıllı kənd" layihəsinin icrası mümkün deyil. Dünyanın bir çox ölkəsində "Ağıllı kənd" layihəsi tətbiq olunsa da, bu konsepsiya barəsində hansısa vahid bir tərif yoxdur. "Ağıllı kənd" layihəsi ilə bağlı yalnız ümumiləşdirilən fikirlər mövcuddur. Bir yaşayış məskəninin "Ağıllı kənd" olması üçün nələr lazım olduğunu aşağıdakı kimi sıralamaq olar:

- Bütün sahələri əhatə edəcək şəkildə elektron və rəqəmsal texnologiyalar tətbiq olunmalıdır.
- "Ağıllı kənd"də yaşayanların yüksəksürətli internetə çıxış imkanları olmalıdır.
- Dövlət strukturları, özəl müəssisələr və fərdi evlər zəruri cihazlarla təmin olunmalıdır.
- Rabitə əlaqələrinin qurulmasında həm simli, həm də simsiz texnologiyalardan istifadə olunmalıdır.
- "Süni zəka", robot texnikasından istifadə imkanları olmalıdır.
- Kəndin idarə olunmasında sakinlərin iştirakı təmin edilməlidir.
- Təbii ehtiyatlardan səmərəli istifadə edilməli və ətraf mühit qorunmalıdır.
- "Ağıllı kənd"lərdə alternativ enerjidən istifadə olunmalı və təşviq edilməlidir.
- Şəhərlərdəki sosial və mədəni obyektlər kəndlərdə də qurulmalıdır.
- "Ağıllı kənd"lərdə mədəniyyət və incəsənət sahəsinə ayrılan diqqət şəhərlərlə eyni səviyyədə olmalıdır.
- Kənd sakinlərinin müxtəlif mədəni tədbirlərdə iştirakına şərait yaradılmalıdır.
- Təhsilə xüsusi əhəmiyyət verilməlidir, sakinlərə İKT avadanlıqlarından istifadə mütəmadi olaraq öyrədilməlidir.
- "Ağıllı kənd"lərdə İKT geniş yayıldığından məlumatların təhlükəsizliyi və gizliliyinə xüsusi diqqət yetirilməlidir.
"Ağıllı kənd" layihəsinin məqsədi nədir?
"Ağıllı kənd" layihəsinin tətbiqində əsas məqsəd kənd yerlərində yaşayan insanların həyat səviyyəsini yüksətməklə onların şəhərlərə köçünün qarşısını almaqdır. Avropanın bir çox ölkəsində gənc yaşda olan insanların kəndlərdən böyük şəhərlərə köç etməsi urbanizasiya prosesini sürətləndirir ki, bu da öz növbəsində ciddi ekoloji, iqtisadi və siyasi problemlərə səbəb olur. Bu səbəbdən də "Ağıllı kənd" konsepsiyası urbanizasiyanın qarşısını almaqda əsas vasitə hesab olunur. Artıq dünyanın bir çox ölkəsində "Ağıllı kənd" layihələri tətbiq olunur. Eyni zamanda nəhəng İKT şirkətləri "Ağıllı kənd" layihələri ilə bağlı yeni məhsullar, xidmətlər təqdim edirlər.

"Ağıllı kənd"in mərkəzində "Ağıllı fermer təsərrüfatları" dayanmalıdır
Ərazisi Azərbaycanla müqayisədə iki dəfə kiçik olan Niderland məhz "Ağıllı fermer təsərrüfatları"nın hesabına kənd təsərrüfatı məhsullarının istehsalında Azərbaycandan dəfələrlə öndədir. "Ağıllı kənd"lərdə ənənəvi suvarma üsullarının yerinə müasir suvarma sistemlərindən istifadə olunmalıdır. Dron texnologiyası həm suvarma, həm də əkin işlərində geniş tətbiq edilməlidir. Heyvandarlıq sahəsində məsafədən idarəetmə genişləndirilməlidir. Heyvanların üzərinə yerləşdirilən cihazlarla onlara nəzarət imkanları artırılmalıdır. Məhsulun əkilməsində, biçilməsində və daşınmasında insan əməyi minimum səviyyəyə endirilməlidir. İnsan əməyinin yerini müasir texnologiyalar tutmalıdır. Belə bir vəziyyət həm insanın əmək şəraitini yaxşılaşdırır, həm də məhsuldarlığı artırır...
Əlaqə
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan


Foto və video materiallar iTech Group-a məxsusdur.

iTech Group 2023