"Ağıllı Şəhər"
Bu gün həyatımızı müasir texnologiyalarsız təsəvvür etmək çətindir. Gün ərzində, artıq hər yerdə işimizi, güzəranımızı asanlaşdıran müxtəlif cihazlardan istifadə edirik. Lakin eyni zamanda istifadə etdiyimiz texnologiya məhsullarının bir çoxu cəmiyyətə mənfi təsir göstərir, ətraf mühitin çirklənməsinə, küçələrdə tıxacların, sıxlığın yaranmasına gətirib çıxardır, başqa arzuedilməz halları meydana gətirir. Bu baxımdan yeni texnologiyaların tətbiqi həyat keyfiyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Bunu xüsusilə «Ağıllı şəhər» layihələri təmin edə bilər.

«Ağıllı Şəhər» nədir? «Ağıllı Şəhər»in infrastrukturu yüksək texnologiyalar əsasında qurulur. Burada enerji resurslarından daha səmərəli istifadə olunur, proseslərin ətraf mühitə və insan sağlamlığına verdiyi mənfi təsir minimuma endirilir. «Ağıllı Şəhər»in «ağıllı» kommunal xüdmətlər şəbəkələri, habelə «ağıllı nəqliyyat sistemi», hətta «ağıllı evlər»i də mövcuddur.
«Ağıllı şəhər» sistemi özünün müxtəlif üstünlükləri və müsbət cəhətləri sayəsində gələcəkdə sözsüz ki, meqapolislərin, habelə orta və kiçik şəhərlərin ayrılmaz hissəsinə çevriləcək. Ağıllı sistemlərin tətbiqi ekologiya mühitinin yaxşılaşdırması, vaxta qənaət, təhlükəsizlik, xərclərin azalması və ümumiyyətlə şəhərin daha effektiv fəaliyyəti deməkdir.

"Ağıllı şəhər" fikri son illərdə texnoloji şirkətlər və şəhər planınıhazırlayanlar arasında çox müzakirə edilən mövzudur. Hesab edilir ki, şəhərlərimizindaha ağıllı hala gəlməsi ilə gündəlik həyatımız daha da asanlaşa bilər.
Əlaqə
Telefon
+994 12 3101414
+994 51 2060960
Ünvan
Azadlıq prospekti 192E,
Bakı, Azərbaycan


Foto və video materiallar iTech Group-a məxsusdur.

iTech Group 2023